Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Presssport.az=a verilən məlumata görə, yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.
İlin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan Zəhrabəyova təlimlərini ARAF təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.
Onu da bildirək ki, yarışda ümumilikdə 21 ölkə təmsil olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC