Agenti Kadinin “Qarabağ”a mümkün qayıdışından danışdı

“Krasnodar”ın braziliyalı futbolçusu Kadi Borgesin agenti Helsio Roberto Alisk müştərisinin “Qarabağ”a mümkün keçidindən danışıb.

Presssport.az xəbər verir ki, agent Rusiya mətbuatına açıqlamasında 28 yaşlı yarımmüdafiəçinin Ağdam klubuna gözlənilən qayıdışı ilə bağlı məlumatları şayiə adlandırıb: "Şayiələrə şərh vermək istəmirəm. Kadinin “Krasnodar”la daha iki illik müqaviləsi var”.

Bu yerdə bildirək ki, Rusiya klubu sərfəli təklif alacağı təqdirdə, Kadinin buraxmağa hazır olduğu haqda məlumat yayılmışdı. Kadi özü də Azərbaycan klubuna qayıtmaq istəyir, sabiq baş məşqçisi də onu yenidən sərəncamında görməyi arzulayır .

Xatırladaq ki, Borges ötən mövsüm “Krasnodar”ın heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC