Moskva MOİK-ində baş məşqçi dəyişikliyi baş verib.
Presssport.az xəbər verir ki, Rusiya təmsilçisi rəsmi sayı vasitəsilə Vladimir Fedotovu istefa göndərdiyini və onu Marko Nikoliçlə əvəzlədiyini açıqlayıb.
Belə ki, ordu klubu 2020-21-ci illər aralığında digər Moskva təmsilçisi - "Lokomotiv"i çalışdırmış serbiyalı mütəxəssislə razılığa gəldiklərini və yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəklərini bəyan edib.
44 yaşlı Nikoliçin son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin Super Kubokunu qazandırdığı "Şabab Əl-Əhli" klubu olub. O, ərəb təmsilçisindən mayın 30-da ayrılıb.
Onu da bildirək ki, “hərbçilər” Fedotovun məşqçilər korpsunda yer alanlardan 4 məşqçiylə də yollarını ayırdıqlarını açıqlayıb. Onlar arasında millimizin qapıçılarla işləyən sabiq məşqçisi, uzun müddətdi MOİK-də həmin vəzifədə işləyən Dmitri Kramarenkonun adı yoxdu. Görünür, onunla bağlı qərarı yeni baş məşqçi verəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC