Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Presssport.az xəbər verir ki Siyasət Əsgərovun komandası B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib.
Mərdəkandakı qarşılaşma millimizi 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.
Xatırladaq ki, komandamız mayın 31-də "ay-ulduzlar"a səfərdə 0:1 hesabı ilə məğlub olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC