Gündor Azərbaycana məğlubiyyət haqda: "Hər 2 hissədə üstünlüyə malik idik, şanslar yaratdıq, lakin..."

Türkiyənin futbol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Necla Güngör AVRO-2025-in seçmə mərhələsinin B1 qrupunda Azərbaycan yığmasına Bakıda məğlubiyyəti (0:1) şərh edib.

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis 90 dəqiqə üstünlüyə malik olduqlarını açıqlayaraq, uğursuzluğa əsas səbəb kimi qol imkanları qaçırmalarını göstərib: "Rəqib matça hücumlarla başlamaq istəsə də, oyuna nəzarəti ələ aldıq. Matç istədiyimiz tempdə keçdi. Şanslar yaratdıq, lakin onları qola çevirə bilmədik. İkinci hissədə də üstünlüyə malik idik. Ancaq matçın sonlarında rəqib müqavimət göstərdi. Son dəqiqələrdə qol buraxdıq. Məğlubiyyətə görə üzüldük, lakin pley-offa ümidliyik".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC