"Səbail"də daha bir yeni müqavilə

“Səbail” futbolçusu Cabir Əmirli ilə yeni müqavilə imzalayıb.

Presssport.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Cabir 2023/24 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb və ağır zədəyə görə əməliyyat olunub və qış fasiləsindən sonra daha çox ehtiyatda qalıb.

Xatırladaq ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC