AFFA klublara lisenziyalar verib

Bu gün AFFA-nın inzibati binasında 2024/2025 lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.

Presssport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, tətbiq edilən Klubların Lisenziyalaşdırılması platforması və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Bundan əlavə, klub nümayəndələrinə azarkeşlərlə əlaqələndirici şəxs və əlil azarkeşlərlə əlaqələndirici şəxslərə aid layihələr barədə qısa məlumat təqdim olunub.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC