Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının I vitse-prezidenti Bəsirət Quliyev və Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.
Rəsmilərin çıxışından sonra mundial iştirakçılarının paradı gerçəkləşib və ardından oyunlara start verilib.
Dünya çempionatında 10 komanda iştirak edir. Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaq.
Onu da bildirək ki, yarışda milli atlardan istifadə olunacaq. Dünya çempionatının bağlanış mərasimi iyunun 16-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC