"Qarabağ" rəsmisi Ali Koçu belə təbrik etdi

"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov yenidən "Fənərbaxça" prezidenti seçilən Ali Koçu təbrik edib.

Presssport.az xəbər verir ki, klubun baş meneceri bununla bağlı şəxsi sosial şəbəkə hesablarında paylaşım edib.

Koçla şəkillərini paylaşan A.Əsgərov yazıb: "Əsl seçimlər bir gün haqqını alır və ən yaxşılar mütləq qazanır. "Fənərbaxça"ya Ali Koç, Ali Koç da "Fənər"ə yaraşır. "Fənərbaxça" ailəsini, dostlarımı, azarkeşlərini doğru qərar vermələri münasibəti ilə təbrik edirəm!"

Bu yerdə bildirək ki, onlar Avropa Klublar Assosiasiyasının İdarə Heyətində təmsil olunur və aralarında yaxşı münasibətləri var. 

Xatırladaq ki, dünən keçirilən seçkidə Koç rəqibi olan Əziz Yıldırıma qalib gələrək kluba növbəti 3 il üçün prezident seçilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC