Türkiyə millisinin futbolçusu Arda Gülər Avropa çempionatları (AÇ) tarixinə düşüb.
Presssport.az xəbər verir ki, “Real”ın istedadkı yarımmüdafiəçisi qitə birinciliklərində qol vuran ən gənc futbolçu adına yiyələnib.
Belə ki, Gülər buna Kriştiano Ronaldonu geridə qoymaqla nail olub. Ronaldo 2004-cü ildə Portuqaliyada keçirilən AÇ-də qol vurarkən 19 yaş 128 günlüyündə idi. Arda isə 19 yaş 114 günlüyündə fərqlənməklə bu rekordu qırıb.
Onu da bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ardayla matçdan sonra telefonla danışaraq onu təbrik edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC