Avarçəkənimiz Avropa çempionu oldu

Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və beach sprint üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxışları ilə yadda qalıb. 

Presssport.az xəbər verir ki, yığma komandamızın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə, təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib. Finalda 5-ci sırada mübarizə aparan idmançımız İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib. İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC