İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib.
Presssport.az xəbər verir ki, təmsilçimiz ilk matçında yerli “CDE DR Academy Sport”a böyük hesabla qalib gəlib – 8:0.
“Sabah”ın matçda qollarına Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev imza atıb.
Savalan Əlizadənin komandası növbəti oyunlarında ABŞ-nin “Doral” (0:2) və İspaniyanın “CF Pozuelo De Alarcon” (2:7) komandalarına məğlub olub. Son matçda “Sabah”ın qollarına Nihad Həsənov və David Zeynalov imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC