Transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb. F
Presssport.az xəbər verir ki, klubun futbol akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək.
22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Nadirov 2023/24 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.
Xatırladaq ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC