AVRO-2024-ün bombardirlər siyahısında dəyişiklik olub.
Presssport.az xəbər verir ki, Portuqaliya millisinin qapısına penaltidən yol tapan Gürcüstan millisinin hücumçusu Georges Mikautadze vurduğu qolların sayını 3-ə çatdırmaqla bombardirlər yarışında liderliyi ələ keçirib.
23 yaşlı forvard həm də qrup mərhələsinin hər 3 görüşündə qol vurmağı bacaran yeganə futbolçudur. Qollardan 2-si 11 metrlik cərimə zərbəsinə imz aatan Mikutzadzenin aktivində həmçinin 1 məhsuldar ötürmə də var.
Bombardilər yarışında 5 futbolçu 2 qolla Mikautadzeni izləyir. Söhbət İvan Şranz (Slovakiya), Kodi Qakpo (Niderland), Razvan Marin (Rumıniya), Niklas Fyullkruq və Jamal Musialadan (hər ikisi Almaniya) gedir.
Daha 61 futbolçu isə final mərhələsində 1 qol vurub. Həmin 61 futbolçudan 8-i – Mişel Ebişer (İsveçrə), Kriftos Baumqartner (Avstriya), İlkay Gündoğan, Kay Haverts (hər ikisi Almaniya), Kilian Mbappe (Fransa), Fabian Ruiz (İspaniya), Mikola Şaparenko (Ukrayna), Vaut Veqhorst (Niderland) qolla yanaşı, həm də 1 məhsuldar ötürmə müəllifidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC