Ötən axşam AVRO-2024-də 1/8 finala çıxan Gürcüstan yığmasının Portuqaliya millisinə qalib gəlməsi (2:0) böyük müzakirə mövzusuna çevrilib.
Presssport.az xəbər verir ki, qonşuların sürpriz şəkildə 1/8 finala adlamasından sonra komandanın qol vuran hücumçuları Xviça Kvaratsxeliya və Georges Mikautadzenin illər əvvəl portuqliyalı ulduz Kriştiano Ronaldo ilə çəkdirdiyi foto gündəm olub.
Həmin şəkil 2013-cü ildə “Dinamo” (Tiflis) klubunun akademiyasının açılışı zamanı çəkilib. Həmin vaxt Ronaldo akademiyanın açılışına qatılıb. Fotoda Xviça və Mikautadze ilə yanaşı, komandanın digər bir neçə üzvü də yer alıb.
Onu da bildirək ki, matçdan sonra Xviça və Kriştiano görüşüb. Ronaldo Gürcüstan yığmasının və “Napoli”nin ulduzuna öz formasını hədiyyə edib. Kvaratsxeliya formanın fotosunu şəxsi “İnstagram” hesabında paylaşaraq superulduza təşəkkürünü bildirib.
Xatırladaq ki, gürcülər tarixlərində ilk dəfə böyük turnirlərin final mərhələsinin iştirakçısıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC