"Zirə"nin rəqibinin iyunda 7-ci transferi - "Dinamo"dan gəlib

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif” heyətinə yeni futbolçu qatıb.

Presssport.az xəbər verir ki, Tiraspol təmsilçisi albaniyalı Alesio Miya ilə müqavilə imzalatıb. Anlaşmanın müdddəti açıqlanmayıb. 

23 yaşlı futbolçunun indiyədək karyerası yalnız Vətəninə - "Dinamo"ya bağlı olub. O, ilk peşəkar müqaviləsinə 18 yaşında, Tirananı təmsil edən bu klubla bağlayıb. Miya həm yarımmüdafiənin, həm də müdafiənin mərkəzində çıxış edə bilir. Alesio “Şerif”in bu ayda 7-ci transferidi. 

Xatırladaq ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk matç iyulun 11-də Bakı vaxtilə saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena"da saat 20:00-da baş tutacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC