Kuman komandasıyla fəxr edir: "Matç əlavə vaxta getməli idi"

Niderland millisinin baş məşqçisi Ronald Kuman AVRO-2024-ün yarımfinalında İngiltərə yığmasına uduzaraq (1:2) turnirdə mübarizəni dayandırmaqları haqda danışıb.

Presssport.az xəbər verir ki, niderlandlı mütəxəssis rəqibin ilk hissədə yarımmüdafiədə daha yaxşı oynauaraq onlara problem yaratdığını söyləyib: “Daha sonra orta xətdə daha bir futbolçu əlavə etmək məcburiyyətində qaldıq. Bundan sonra oyun bərabərləşdi. Son 20 dəqiqədə isə üstünlük bizim tərəfdə idi. Bunu hiss etdim. Lakin qolu vuran tərəf rəqib oldu. Bu futboldu, belə sonluqlar hər zaman olur. Matç əlavə vaxta getməli idi".

Kuman komandasıyla fəxr edir: “Bu oyunçularımız və milli komandamızla fəxr edə bilərik. Çünki əla turnir keçirdik. Gələcəyə əminəm. Bu komanda daha yaxşı çıxış edə bilər. Bizim çoxlu gənc futbolçumuz var. Birlikdə yaxşı işlədik, finala yaxınlaşdıq”.

Xatırladaq ki, “narıncılar” 90+1-ci dəqiqədə buraxdığı qolla uduzaraq finaldan kənarda qalıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC