Misli Premyer Liqası təmsilçilərindən "Kəpəz" və "Şamaxı" bu gün yoxlama oyununda qarşılaşıb.
Presssport.az xəbər verir ki Qəbələdəki matç şamaxılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Özü də Ayxan Abbasovun komandasının heyətində mərkəz müdafiəçiləri - Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənərək, qələbə qazandırıb.
"Kəpəz" bunadək 1 yoxlama oyunu keçirərək elə Qəbələdə "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub.
"Şamaxı" isə bunadək yoxlama oyunu keçirməmişdi. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırsa da, rəqiblər hələ məlum deyil
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC