UEFA "Sabah"ın Macarıstandakı matçını belçikalı hakimlərə tapşırdı

"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.

Presssport.az verir ki, Macarıstandakı “Varkert” stadionunda baş tutacaq görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Belə ki, baş hakim Natan Verbumenə yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Xatırladaq ki, iyulun 25-də keçiriləcək "Makkabi" - "Sabah" matçının start fiti saat 19:00-da səslənəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC