Paris-2024: Daha 2 cüdoçumuz mübarizəni dayandırdı

Azərbaycan daha 2 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, həm Yaşar Cəfərov, həm də Gültac Məmmədəliyeva uğursuz çıxış edib.

66 kq çəki dərəcəsində çıxış edən Yaşar 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib. Bunçiç vaza-ari xalı ilə qalib gəlib - 1:0. Bununla da Nəcəfov turnirlə vidalaşmalı olub.

52 kq çəki dərəcəsində çıxış edən Gültac 1/16 final mərhələsində Anjelika Delqado ilə üz-üzə gəlib. ABŞ-ı təmsil edən 33 yaşlı Delqado Panamerikan oyunlarında bir neçə dəfə gümüş və bürünc medal qazanıb. Anjelika əlavə vaxtda qızıl 1 xal qazanaraq 1/8 finala yüksəlib və nəticədə Məmmədəliyeva da mübarizəni başa vurub. 

Xatırladaq ki, Azərbayan Olimpiadada 9 cüdoçu ilə təmsil olunur və artıq 4-ü mübarizəni dayandırıb. Qadınlardan hər 2-si yarışdan kənarda qalıb və onlardan Gültac Paris-2024-də bayraqdarlarımızdan biri idi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC