Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib.

Presssport.az xəbər verir ki, mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, bir çox ölkələrin milli olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.

A.Əliyev, Nenad Laloviç, Rafael Paqnozzi çıxış edərək Azərbaycanda idmanın inkişafını vurğulayıblar. Çıxışçılar idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.

Çıxışlardan sonra Rafael Paqnozzi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman naziri Fərid Qayıbova və Azərbaycan MOK-un baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.

Tədbirdə olimpiya oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib (report.az_

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC