Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında 2 görüş keçirib.
Presssport.az xəbər verir ki, yığmamız III turda Fransa millisiylə qarşılaşıb və 10:15 hesabı ilə uduzub.
Komandamız 4-cü turda Almaniyaya 8:12 hesabı ilə məğlub olub. Azərbaycan millisi növbəti matçını sabah Avstraliyaya qarşı keçirəcək.
Xatırladaq ki, təmsilçimiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC