Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 2-ci görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Leva ilə üz-üzə gəlib.
Sənan bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gələrək adını yarımfinala yazdırıb. O, raundda qazaxıstanlı Demeu Zadrayevlə qarşılaşacaq.
Xatırladaq ki, güləşçilərimizdən hələ ki yalnız ağır çəkidə çıxış edən Sabah Şəriəti bürünc medal şansını saxlayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC