Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.
Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 2 qızıl mükafat var.
Belə ki, cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub, boksçumuz Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdü.
İlk "3-lük"də ABŞ (24 qızıl, 31 gümüş, 31 bürünc), Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) yer alıb.
Hələlik 76 ölkə medal əldə edə bilib.
Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC