Paris-2024: Sənan Süleymanovun "bürünc" uğrunda rəqibi bilindi, revanş almaq imkanı yarandı

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov bu gün Paris-2024-də bürünc medal görüşünə çıxacaq.

 xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gəlib.

Belə ki, Sənan yarımfinalda Ceyr Aleksis Kyero Munoza (Kolumbiya) inaqmla - 9:0 hesabıyla qalib gələn Akzol Mahmudov (Qırğızıstan) ilə qarşılaşacaq.

20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Sənanın da çəkisində medalllar uğrunda yarışlar başlayacaq.

Xatırladaq ki, Sənan dünən 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla görüşdə zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Süleymanov bu dəfə isə Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Süleymanov dünya çempionatının ikiqat gümüş mükafatçısı (2021, 2022) və Avropa çempionudur (2020). O, qitə çempionatında 2 dəfə bürünc medal da qazanıb. Maraqlıdı ki, Sənan dünya çempionatında məhz Mahmudova son xal prinsipiuylə uduzaraq qalib ola bilməyib və indi rəqibindən revanş almaq imkanına malikdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC