Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
Presssport.az xəbər verir ki, hələlik milli komandamızın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb. Bu gün 7-ci medal qazanmaq şansımız var ki, bu da sərbəst güləşdə bürünc mükafat ola bilər.
İlk "3-lük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.
Xatırladaq ki, Paris-2024 bu gün başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC