AFFA "Neftçi"nin legionerinin cəzasını azaltdı

“Neftçi”nin futbolçusu Ervin Koffinin cəzası azaldılıb.

Pressspot.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Fransalə cinah müdafiəçisinə verilmiş iki oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Oyunçuya 3 aylıq sınaq müddəti verilib.

Xatırladaq ki, Koffi "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi. "Ağ-qaralar"a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC