“Sabah”dan gedən rusiyalı baş məşqçisi Murad Musayev öz ölkəsinin mətbuatına növbəti müsahibəsini verib.
Presssport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis istefasının səbəbləri barədə növbəti açıqlama verib.
- "Sabah"dan getmək qərarı necə verildi? Bu, sizin təşəbbüs idi, yoxsa klubun?
- Son iki ildə “Sabah” parlaq oyun nümayiş etdirdi, sabit yüksək nəticələr göstərdi. Amma indi bu sabitlik, qələbə ehtirası və emosiyalar yoxdu. Ümid edirəm ki, yeni baş məşqçi bunu dəyişə bilər. Çünki turnir cədvəlində 3-cü pillədən komandanı cəmi 5 xal ayırır. Bu qərarı özüm vermişəm. Başa düşürəm ki, məşqçi dəyişikliyi indi klub və komanda üçün lazım idi. Çempionatda avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı şanslar var. “Sabah”a buna nail olmağı arzulayıram.
- Rəhbərlik sizi getməmək üçün razı salmağa cəhd etdimi?
- Bəli, “Sabah”ın rəhbərləri getməyimi istəmirdi. Amma bu, öz qərarım idi. Ona hörmətlə yanaşırdılar.
- “Sabah”dan təəssüflə ayrılırsınız?
- Getmək həmişə çətindi. Xüsusən də həmin klubda bir neçə il zaman keçirmisənsə. Görülən işlərlə həmişə fəxr edəcəm. Nəinki yaxşı nəticələr qazandıq, komandanın özünəməxsus oyun tərz də arandı. “Qarabağ”, “Partizan”, “Neftçi” kimi güclü klublarla matçlarda nəinki bərabər səviyyədə oynadıq, hətta qələbə də qazandıq. Bu gün (dünən - red.) bazada futbolçular və heyətlə vidalaşdım, çoxlu emosiya var idi. Amma futbol həyatı belədi. Zaman-zaman hamımız bir klubdan digərinə keçirik. İndi dincəlməli və yeni gələcəyə yeni güclə davam etməliyik.
- Yaxşı istirahət etməyi planlaşdırırsınız, yoxsa qısa müddətdə təklifləri nəzərdən keçirməyə hazırsınız?
- Bir-iki ay dincəlmək, ailəmlə vaxt keçirmək istəyirəm. Sonrasına baxacam.
- Valeri Karpin Rusiya millisinin təlim-məşq toplanışından sonra deyirdi ki, onun xarici aləmlə heç bir əlaqəsi olmayan dərin meşəyə getmək arzusu var. Bəs, sizdə necə?
- Məndə belə bir arzu yoxdur (gülür). Krasnodar"dan ayrıldıqdan sonra və indiki vəziyyətimi müqayisə etsək, tamamilə yaxşıyam.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC