“Sumqayıt” yeni kampaniyaya start verib.
Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Əziz azarkeşlər!
Hər yaşdan insanların, ailələrin stadionlara gəlməsini təşviq etmək məqsədi ilə "Sumqayıt" Futbol Klubu olaraq azarkeşlərlə birlikdə "Ailəvi azarkeş" kampaniyasına start veririk.
Belə ki, avqustun 30-da keçiriləcək "Araz Naxçıvan"la ev oyunumuzda ailənizlə birlikdə (ən az bir böyük və bir uşaq) şəkil çəkdirin və onu bu statusun altında paylaşın.
Sentyabrın 9-u saat 23:59-a qədər ən çox bəyənilən şəkil qalib elan ediləcək və qalib fotonun müəllifinə komandamızın FORMASI və ŞƏRFİ hədiyyə olunacaq.
Qeyd: "Ailəvi azarkeş" kampaniyası hər ev oyunumuzda keçiriləcək".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC