Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə baxış keçirib.
Presssport.az xəbər verir ki, kompleksin buz meydançasında qızlardan ibarət fiqurlu konkisürmə, oğlanlardan ibarət hokkey bölmələrinin məşq proseslərini izləyən Fərid Qayıbov və müavini Mariana Vasileva mütəxəssislər, məşqçilər və gənc idmançılarla söhbət ediblər.
Həmçinin ölkəmizdə ilk dəfə yaradılan körlinq idman növü ilə də maraqlanıblar. Bildirilib ki, “Ocaq Sport" klubunun nəzdində açılan körlinq bölməsi idman ləvazimatları ilə təmin edilib və yaxın vaxtlarda bu idman növü ilə məşğul olmaq istəyənlər qruplara yazıla biləcəklər.
MMA, cüdo, gimnastika və stolüstü tennis bölmələrində də idmançıların məşq prosesi ilə maraqlanan nazir onlarla söhbət edib, məşqçiləri ilə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Qeyd edək ki, hazırda İdman-Konsert Kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılıb. Burada peşəkar və həvəskar konkisürmə, hokkey, körlinqlə yanaşı, bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, parkur, TeamGym, hava gimnastikası, xüsusi olimpiya gimnastikası, cüdo, MMA, stolüstü tennis, şahmat və fitnes bölmələri də mövcuddur. Azərbaycanda ən böyük trenajor zalı da məhz bu kompleksdə fəaliyyət göstərir. Hər yaş qrupundan olan insanlar burada həvəskar və peşəkar idmanla məşğul ola bilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC