Çimərlik voleybolçularımız Türkiyədə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcək.

Presssport.az Voleybol Federasiyasına mətbuat xidmətinə istinadən xəbər veri ki, təmsilçilərimiz bu gün qardaş ölkəyə yola düşüb.

Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə - Lizi Latsabidze; Nərmin Səmədzadə - Fidan Əhmədxanov; Larisa Smetsova - Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov - Heydər Məmmədli; Nəriman Bayramlı - Muhammad Aslanlı, İbrahim Məmmədov - Aqşin Ağazadə) komandası təmsil edəcək.

Kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında yarışacaq.

Onu da bildirək ki, bu gündən startı verilən və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC