Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub.
Presssport.az xəbər verir ki, 8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.
14 turun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla turniri qalib kimi başa vurub.

Özbəkistanlı Nodirbek Abdusattorov 18 xalla 2-ci yerdə qərarlaşıb .

16 xal toplayan Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə 3-cü yerlə kifayətlənib.
Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.
Xatırladaq ki, xatirə turnirində Azərbaycanın 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC