Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Presssport.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan və 6 gün davam edən AVF-nin 1-ci dərəcə məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib.
Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil Şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər 2 imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin 1-ci dərəcə sertifikatı təqdim olunub.
Onu da bildirək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin 1-ci dərəcə sertifikatını alan məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcək. Hər 3 dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC