Şuşada keçirilən şahmat turnirinin qalibi bu gün bəlli olacaq

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bu gün bəlli olacaq.

Presssport.az, 8 qrossmeyster bu dəfə blits növündə mübarizə aparacaq.

14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək.

Rapid yarışından sonra Yan Nepomnyaşi (FIDE) 10 xalla liderdir.

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov (9 xal) 2-ci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə Vladislav Artemyev (FİDE) hərəyə 8 xalla 3-4-cü, macar Riçard Rapportla Aydın Süleymanlı (hər ikisi 6 xal) 5-6-cı yerləri bölüşdürür. Hindistanlı Aravind Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadı.

Xatırladaq ki, sonuncu turdan sonra bağlanış mərasimi baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC