ABF Məşqçilər Şurası millilərə namizəd olan basketbolçulara baxış təşkil edəcək

Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası yeniyetmə oğlanlar arasından millilərə namizəd olan basketbolçulara baxış təşkil edəcək.

Presssport.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək seçimlərdə tələblərə cavab verən yeniyetmə basketbolçular milli komandaların düşərgəsinə cəlb olunacaq.

Sentyabrın 5-6-da Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq toplanış baxış xarakteri daşıyacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC