Azərbaycan klubunun növbəti transferi ukraynalı oyunçu olub

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib.

Presssport.az xəbər verir ki, ukraynalı Olena Napalkova yeni mövsümdən Qərb təmsilçisinin uğurları üçün çalışacaq.

O, ötən mövsümü Kiprin “Nea Salamina” klubunda keçirib. Voleybolçu daha əvvəl Finlandiyanın “Liqa Ploki”, Polşanın “AZS Politexnika Şlask Qlivitse”, Ukraynanın “Prometey” və “Ximik Yujnı” klublarında forma geyinib.

Xatırladaq ki, “Gəncə” bu transferədək yerli voleybolçular - Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina və tailandlı Tiçakorn Bunlerti heyətinə qatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC