Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” I mərhələnin oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çempionlar yolunun II qrupu çərçivəsində Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan görüşdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.
Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda isə “Vlajniya” (Albaniya) yerli “Lançxuti”ni (Gürcüstan) 3:0 hesabı ilə məğlub edib.
Sentyabrın 7-də “Sankt-Pölten”lə “Vlajniya” finalda, “Neftçi” ilə “Lançxuti” isə 3-cü yer uğrunda matçda üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC