Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
Presssport.az xəbər verir ki, hazırda yığmamızın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Siyahıya Çin (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) 2-ci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) 3-cüdü.
Hələlik 78 ölkə təmsilçiləri mükafat əldə edə bilib.
Xatırladaq ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC