Dünya çempionatı: Səmədova fəxri kürsüdə, Məmmədova medalsız qalıb

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 4-cü günündə qadın güləşçilərin yarışında ilk medalçılar bəlli olub.

Presssport.az xəbər verir ki, millimizin 2 medal qazanmaq şansı var.

Belə ki, Nərgiz Səmədova (55 kq) və Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda güləşib.

U-20 dünya çempionatı
Qadın güləşi
Bürünc medal

55 kq
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatik keçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4 finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub. Onun rəqibi finala vəsiqə qazandığından, güləşçimiz təsəlliverici görüşdə kanadalı Medsın Keytlinə qalib gəlib. Bürünc medal uğrunda görüşdə onun rəqibi yaponiyalı Honda Karina olub. 8:7 hesabı ilə qalib gələn Nərgiz çempionatı 3-cü pillədə başa vurub.

59 kq
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2 hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0) üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya) olub. Görüş asiyalı güləşçinin qələbəsi ilə başa çatıb. Ruzanna bürünc medal uğrunda Koman Komal (Hindistan) ilə qarşılaşıb. 1:6 hesabı ilə uduzan güləşçimiz mükafatsız qalıb.

Xatırladaq ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC