Azərbaycanın "AzNur" klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirib.
Presssport.az xəbər verir ki, təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqlənib.
Xatırladaq ki, "AzNur" ilk görüşdə Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlmişdi. Komanda bu gün Bakı vaxtı ilə saat 19:00-da "Andezit"lə (Ukrayna) qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC