"Qarabağ"dan Türkiyə Super Liqa klubuna - RƏSMİ

“Qarabağ”la keçən həftə müqaviləsini pozan Hamidu Keytanın yeni klubu müəyyənləşib.

Presssport.az xəbər verir ki, 29 yaşlı fransalı cinah yarımmüdafiəçisi karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Belə ki, Keyta "Konyaspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hamidu Konya təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni klubunda “28 nömrə”li formada çıxış edəcək. 

Xatırladaq ki, 2023-cü ilin yayında “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub. Vingerin ölkəmizdə ilk klubu 1,5 il çıxış etdiyi “Zirə” olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC