“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur xoşagəlməz açıqlamasına görə bir neçə oyunu buraxa bilər.
Pressspport.az xəbər verir ki, 27 yaşlı uruqvaylı futbolçu komanda yoldaşı Son Hın Minə etdiyi zarafata görə diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşib.
Belə ki, o, Sonun formasını vermək istənildikdə, gülərək, cənubi koreyalıların bir-birinə çox bənzədiyini bildirib.
Məhkəmə sentyabrın 19-da keçiriləcəyindən, Bentankur “Arsenal”a qarşı oynaya biləcək. Gələcəkdə onun günahı təsdiqlənərsə, futbolçu 6-12 matçı buraxa bilər.
Brntankur Premyer Liqa və İngiltərə kubokunda iştirak edə bilməyəcək. Amma diskvalifikasiya avrokubok oyunlarına şamil edilməyəcək.
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində ilk matçını sentyabrın 26-da Londonda “Tottenhem”ə qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC