Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Presssport.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın 32 yaşlı sol cinah müdafiəçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. Abbasov “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/12 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.
Onu da bildirək ki, 300 matçda 7 qola imza atan Urfan Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC