Zaqrev “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.
Presssport.az klubun saytına istinadən xəbər verir ki, komandanın Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib. Xorvatiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı. Komanda ölkə çempionatında 13 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində 2 oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC