Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil etdiyi qala gecədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, uzun illər mötəbər yarışlarda hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.
Presssport.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə FIDE prezidenti Arkadi Dvorkoviç və bu qurumun vitse-prezidenti, AŞF-nin prezidenti Mahir Məmmədov çıxış edib.
AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb:
“FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FIDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.
Sonra FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.
FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib:
“Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O olimpiada, Dünya Kuboku, Qran-pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun - Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O? həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC