Millimizin futbolçusu Mahir Emreli Almaniya II Bundesliqasında debüt edib.
Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandası “Nürnberq”in heyətində bu gün “Herta”ya qarşı ev matçında meydana çıxıb.
O, VL turun bu görüşündə ehtiyatda yer alsa da, 39-cu dəqiqədə zədələnən Benjamin Golleri əvəzləyərək oyuna daxil olub.
Lakin onun ilk matçı uğurlu alınmayıb. Belə ki Emreli 90+5-ci dəqiqədə sarı vərəqə alıb. Qarşılaşma isə qonaq komanda “Herta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Nürnberq” hazırda 6 oyundan 7 xalla 11-ci yeri tutur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC