Azərbaycan cüdoçusu Əjdər Bağırov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, millimizin üzvü 100 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Bağırov bürünc medal uğrunda görüşdə iranlı Əli Reza Niksereştə qalib gəlib.
Xatırladaq ki, bu, millimizin dünya çempionatında qazandığı 2-ci bürünc medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) mundialda 3-cü yerə sahib çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC