Murad Musayev mükafatlandırılıb

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"a rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında mükafat qazanıb.

Presssport.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının mətbuat xidməti məlumat yayıb. 

Belə ki, 41 yaşlı rusiyalı mütəxəssis ötən ayın ən yaxşı məşqçisi adına layiq görülüb.  

Keçən ay “Krasnodar” Musayevin rəhbərliyi altında 3 oyun keçirib və maksimum xal toplayıb – 9. Hazırda komanda turnir cədvəlində 27 xalla liderdir.

Xatırladaq ki, Musayev 2021-ci ilin oktyabrından bu ilin fevralınadək "Sabah"ı çalışdırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC