"Neftçi" Misli Premyer Liqasının X turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.
Presssport.az xəbər verir ki, yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən bugünkü məşq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
Əsas, U-21 və U-19 milli komandalarının düşərgəsindən qayıdan futbolçular – emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Murad Məmmədov, eləcə də Sent Martin və Monteneqro yığmalarının üzvləri Kilan Lebon və Edvin Kuç da məşqdə iştirak edibç Hazırlığa sabah yekun vurulacaq.
Xatırladaq ki, oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 18:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC