Boksçumuz Avropa çempionatında gümüş medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinaddən xəbər verir ki, ilk 2 görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. 

Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını 2-ci yerdə bitirib.

Bu, Azərbaycan millisinin yarışda qazandığı 2-ci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Xatırladaq ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC